Əsas Səhifə > Dünya > ABŞ-da koronavirusdan ölənlərin sayı 215 min nəfəri keçdi
ABŞ-da koronavirusdan ölənlərin sayı 215 min nəfəri keçdi13-10-2020, 18:00 |
|
ABŞ-da son sutka ərzində 41 653 nəfərdə yeni növ koronavirus aşkar edilib, 317 nəfər COVID-19 qurbanı olub. Rubrika.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb. Bildirilib ki, pandemiyanın başlanğıcından bəri ABŞ-da 7 803 643 nəfər koronavirusa yoluxub. Ölənlərin sayı isə 215 089 nəfərə çatıb. 3,1 milyondan çox insan xəstəlikdən sağalıb. Rubrika.Az Geri qayıt |