Əsas Səhifə > Səhiyyə > Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 600-ü ötdü

Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 600-ü ötdü


14-10-2020, 11:17
Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 600-ü ötdü

Gürcüstanda son sutka ərzində daha 680 nəfərə koronavirus diaqnozu qoyulub, 292 nəfər müalicə olunaraq sağalıb, 7 pasiyent isə vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 13 521-ə, sağalanların sayı 7 159-a, vəfat edənlərin sayı isə 109-a çatıb.

Hazırda karantin zonalarında 5 590, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır. Xüsusi otellərdə müalicə olunan asimptomatik xəstələrin sayı isə 1 393 təşkil edir.

Rubrika.Az
Geri qayıt