Əsas Səhifə > İdman > UEFA prezidenti: "AVRO-2020"nin 12 şəhərdə təşkili ideyasına sevinmirik"
UEFA prezidenti: "AVRO-2020"nin 12 şəhərdə təşkili ideyasına sevinmirik"14-10-2020, 12:24 |
|
"İndi AVRO-2020-ni istədiyimiz kimi keçirməyi planlaşdırırıq. Əlbəttə, fevral ayında sizə deyərdim ki, Avropa çempionatı həmişə olduğu kimi bu yay da dolu stadionlarda baş tutacaq. Amma bir ayda hər şey dəyişdi. Həmin vaxt dünyanı təhdid edən pandemiyaya hazır olduğumu soruşsaydınız, sizi dəli elan edərdim. Ancaq indi yaxşı hazırlaşmışıq. Keçən ilə nisbətən daha ağıllı və güclüyük, çünki artıq hər şeyin ola biləcəyini anlayırıq". Bu fikirləri UEFA prezidenti Aleksander Çeferin "Sportschau"ya müsahibəsində AVRO-2020-nin təxirə salınması barədə danışarkən deyib. Sloveniyalı funksioner 2021-ci ilin yayında Avropanın 12 şəhərində keçirilməsi nəzərdə tutulan yarışın hazırkı plan üzrə təşkil olunacağını bildirib: "Bu barədə düşünmürük, amma fərqli şeylər edə bilərdik. Bunu fanatlarla və ya azarkeşsiz necə keçirəcəyimizi düşünürük. Əvvəl də dəfələrlə dediyim kimi, hazırkı plan rəmzi olaraq yaxşı ideyadır, amma pandemiyadan asılı olmayaraq, bizim üçün asan iş deyil. Buna çox sevinmirik. Amma öz vəzifəmizi yerinə yetirəcəyik. Bu, böyük çağırışdır və əminəm ki, gələn il Avropa çempionatı baş tutacaq". Çeferin UEFA-nın sabiq prezidenti Mişel Platininin arzusu olan AVRO-2020-nin fərqli şəhərlərdə təşkili ideyasını bundan sonra dəstəkləməyəcəyini söyləyib. Turnirə yalnız Almaniyanın ev sahibliyi edtməsinin nə dərəcədə mümkünlüyü ilə bağlı suala da cavab verən 53 yaşlı funksioner bu barədə düşünmədiklərini vurğulayıb: "Əlbəttə, Çempionlar Liqası və Avropa Liqasında olduğu kimi, turnirlərə ev sahibliyi etmək hüququ olan yalnız bir neçə ölkə var. Almaniya buna uyğundur. Amma hələ bu barədə düşünməmişik. Hər şeyin planlşdırıldığı kimi gedəcəyinə ümid edirik". Qeyd edək ki, Avropa çempionatının oyunları gələn il 11 iyun - 11 iyulda Avropanın 12 şəhərində, o cümlədən, Bakıda keçirilməlidir.("Report") Rubrika.Az Geri qayıt |