Əsas Səhifə > Bölgə > Ordumuz Ermənistandan Kəlbəcərə gələn yolu bağladı -İrəvandan etiraf

Ordumuz Ermənistandan Kəlbəcərə gələn yolu bağladı -İrəvandan etiraf


16-10-2020, 13:20
Ordumuz Ermənistandan Kəlbəcərə gələn yolu bağladı -İrəvandan etiraf

Azərbaycanın qəhrəman ordusunun həyata keçirdiyi əks-hücum nəticəsində Ermənistanla işğal bölgəsi arasında rabitə məhdudlaşmaqdadır. Ermənistan Fövqəladə Nazirliyinin məlumatına görə, Azərbaycan ordusunun mütəmadi olaraq atəş altında saxladığı Sotk-Kəlbəcər magistralında hərəkət dayandırılıb.

Yolda hərəkət 15 oktyabrdan etibarən qapadılıb. “Bu, Qarabağla quru əlaənin yaradıldığı yoldur. Azərbaycan tərəfdən atəşə tutulması səbəbindən magistralda hərəkət dayandırılıb”, məlumatda deyilir.

Beləliklə, düşmən Azərbaycan ordusunun Qarabağda həlqəni daraltdığını etiraf edir.(Musavat.com)

Rubrika.Az
Geri qayıt