Əsas Səhifə > Dünya > Tramp Baydenin seçiləcəyi təqdirdə ABŞ-ı problemlər gözlədiyini deyib
Tramp Baydenin seçiləcəyi təqdirdə ABŞ-ı problemlər gözlədiyini deyib19-10-2020, 09:09 |
|
ABŞ prezidenti Donald Tramp hesab edir ki, rəqibi, Demokrat Partiyasını təmsil edən Cozef Baydenin seçkilərdə qələbə qazanacağı təqdirdə ölkəni depressiya gözləyir. Bu barədə Rubrika.Az TASS-a istinadən xəbər verir. Qeyd edilir ki, Tramp Baydeni "dünyada ən darıxdırıcı insan kimi" xarakterizə edib. "Əgər Baydenə səs versəniz, o, iş yerlərini Çinə verəcək, gələcəyinizi virusa verəcək. Ölkə qapanacaq”,- deyə Nevada ştatında tərəfdarları qarşısında çıxış edən Tramp bildirib. O, (Bayden-red) deyərdi ki, alimlərə qulaq asır. Əgər mən alimlərə tamamilə qulaq assaydım, onda ölkə indi böyük depressiyada olardı", - ABŞ rəhbəri vurğulayıb. "Bu, ölkəni super bərpa edən Trampla Bayden depressiyası arasında səsvermədir. Siz böyük depressiya ilə üzləşəcəksiniz, vergilər artacaq”, - Ağ Ev rəhbəri qeyd edib. Rubrika.Az Geri qayıt |