Əsas Səhifə > Siyasət > MN: Ermənistan dövlət sərhədində mövqelərimizi atəşə tutur

MN: Ermənistan dövlət sərhədində mövqelərimizi atəşə tutur


19-10-2020, 12:54
MN: Ermənistan dövlət sərhədində mövqelərimizi atəşə tutur

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanla dövlət sərhədində növbəti dəfə vəziyyəti gərginləşdirməyə cəhd göstərib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Oktyabrın 19-u saat 11.10-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonu istiqamətindən Tovuz rayonu, Vardenis rayonu istiqamətindən isə Daşkəsən rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutur.

Rubrika.Az
Geri qayıt