Əsas Səhifə > İstisadiyyat > 2021-ci ildə Azərbaycanda qeyri-neft məhsullarının ÜDM-dəki payı artacaq
2021-ci ildə Azərbaycanda qeyri-neft məhsullarının ÜDM-dəki payı artacaq19-10-2020, 22:34 |
|
Beynəlxalq Valyuta Fondu 2021-ci il üçün Azərbaycanda neft-qaz və qeyri-neft sektorlarının ümumi daxili məhsulda həcmi üzrə proqnozlarını açıqlayıb. Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən, Azərbaycanda 2021-ci ildə neft üzrə ümumi daxili məhsulun həcmi 0,2 faiz artacaq. 2020-ci ilin yekun dövrü üçün isə ölkədə neftin ÜDM-də payının 4,5 faiz azalacağı proqnozlaşdırılıb. Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə verilən proqnozda Azərbaycanla yanaşı 2020-ci il üzrə Türkmənistan və Qazaxıstanla bağlı göstəricilər də verilib. Belə ki, bu il Türkmənistanda neftin ÜDM-də payı 4,5 faiz, Qazaxıstanda isə 6 faiz azalacağı qeyd edilib. Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən, Azərbaycanda 2021-ci ildə qeyri-neft sektorunun ÜDM-də payı 3 faiz artacaq. 2020-ci ilin yekun dövrü üçün isə ölkədə qeyri-neft sektorunun ÜDM-də payının 3,8 faiz azalacağı proqnozlaşdırılıb. Azərbaycanla yanaşı, Türkmənistan, Qazaxıstan və Özbəkistanı da əhatə edən Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə qeyri-neft sektorunun ÜDM-də payının 1,6 faiz azalacağı gözlənilir. 2021-ci ildə isə bölgə üzrə 3,6 faiz artım olacağı gözlənilir. Rubrika.Az Geri qayıt |