Əsas Səhifə > İdman > Bu gun Çempionlar Liqasının qrup mərhələsinə start verilir - AFİŞA
Bu gun Çempionlar Liqasının qrup mərhələsinə start verilir - AFİŞA20-10-2020, 10:48 |
|
Bu gün Çempionlar Liqasında qrup mərhələsi start götürəcək. Rubrika.Az xəbər verir ki, birinci turun ilk oyun günündə səkkiz qarşılaşma baş tutacaq. Türkiyə çempionu “Başakşəhər” səfər sınağına çıxacaq. H qrupunda mübarizə aparan İstanbul klubu Almaniyada “Leypsiq”lə üz-üzə gələcək. Qrupun digər matçında PSJ “Mançester Yunayted”i qəbul edəcək. E qrupunda “Çelsi” “Sevilya”nı, “Renn” “Krasnodar”ı sınağa çəkəcək. F qrupunda “Latsio” Dortmund “Borussiya”sı, “Zenit” isə “Brügge” ilə üz-üzə gələcək. Çempionlar Liqasının qrup mərhələsinə start verilir - AFİŞA G qrupunda “Yuventus” Kiyev “Dinamo”sunun qonağı olacaq. “Barselona” “Ferensvaroş”la ev matçına çıxacaq. Qeyd edək ki, turun digər 8 qarşılaşması oktyabrın 21-də keçiriləcək. Çempionlar Liqası Qrup mərhələsi, I tur 20 oktyabr E qrupu 23:00. “Çelsi” (İngiltərə) – “Sevilya” (İspaniya) 23:00. “Renn” (Fransa) – “Krasnodar” (Rusiya) F qrupu 20:55. “Zenit” (Rusiya) – “Brügge” (Belçika) 23:00. “Latsio” (İtaliya) – “Borussiya” (Dortmund, Almaniya) G qrupu 20:55. “Dinamo” (Kiyev, Ukrayna) – “Yuventus” (İtaliya) 23:00. “Barselona” (İspaniya) – “Ferensvaroş” (Macarıstan) H qrupu 23:00. PSJ (Fransa) – “Mançester Yunayted” (İngiltərə) 23:00. “Leypsiq” (Almaniya) – “Başakşəhər” (Türkiyə) Rubrika.Az Geri qayıt |