Əsas Səhifə > Dünya > Ermənistan XİN rəhbəri Moskvaya gedib

Ermənistan XİN rəhbəri Moskvaya gedib


21-10-2020, 09:18
Ermənistan XİN rəhbəri Moskvaya gedib

Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.

Rubrika.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bildirib.

Onun sözlərinə görə, hazırda Zöhrab Mnatsakanyan Rusiyanın paytaxtı Moskva şəhərindədir.

Qeyd edək ki, Zöhrab Mnatsakanyan ABŞ dövlət katibi Maykl Pompeo ilə görüşmək üçün oktyabrın 23-də Vaşinqtonda olacaq.(Report)

Rubrika.Az
Geri qayıt