Əsas Səhifə > Səhiyyə > Ermənistanda bir gündə rekord sayda insan COVID-19-dan ölüb
Ermənistanda bir gündə rekord sayda insan COVID-19-dan ölüb21-10-2020, 12:11 |
|
Ermənistanda daha 1 836 nəfərdə koronavirus aşkarlanıb. Rubrika.az “Report”a istinadla xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 68 530-a yüksəlib. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 20 nəfər artaraq 1 121-ə çatıb. İndiyədək 49 219 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 17 869 aktiv koronavirus xəstəsi var. Rubrika.az Geri qayıt |