Əsas Səhifə > Qanun > Siyəzən, Qəbələ və Kürdəmirə ballistik raketlər atılıb

Siyəzən, Qəbələ və Kürdəmirə ballistik raketlər atılıb


22-10-2020, 10:12
Siyəzən, Qəbələ və Kürdəmirə ballistik raketlər atılıb

Ermənistan Siyəzən, Qəbələ və Kürdəmirə ballistik raketlər atıb.

RUBRİKA.AZ Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.

Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.

Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.

Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.

RUBRİKA.AZ
Geri qayıt