Əsas Səhifə > Dünya > Fransada həyəcan təbili: Gündəlik 100 min yoluxmanın astanasındayıq

Fransada həyəcan təbili: Gündəlik 100 min yoluxmanın astanasındayıq


26-10-2020, 23:12
Fransada həyəcan təbili: Gündəlik 100 min yoluxmanın astanasındayıq

Fransa Elmi Komitəsi həyəcanverici açıqlama ilə 52 010 yoluxma faktının qeydə alındığını bildirib.

Komitənin sədri Jan-Franços Delfraissi RTL kanalına verdiyi açıqlamada qeyd edib ki, Fransa gündəlik 100 min yoluxmanın astanasındadır:

“Fransada gün ərzində 50 mindən çox yoluxma qeydə alınır. Gündəlik 100 min yoluxmanın astanasında olduğumuzu təxmin edirik”.

O, ölkənin çox çətin, hətta kritik vəziyyətdə olduğunu bildirib.

Qeyd edək ki, Fransa 1 138 507 yoluxma ilə dünya ölkələri arasında beşincidir.

Rubrika.Az
Geri qayıt