Əsas Səhifə > Qanun > Parlament Vəng kəndinin Çinarlı adlandırılmasını təsdiqlədi

Parlament Vəng kəndinin Çinarlı adlandırılmasını təsdiqlədi


27-10-2020, 11:56
Parlament Vəng kəndinin Çinarlı adlandırılmasını təsdiqlədi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Report-un xəbərinə görə, qanun layihəsi barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

O bildirib ki, layihə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Rubrika.Az
Geri qayıt