Əsas Səhifə > Siyasət > MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur
MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur27-10-2020, 22:11 |
|
Xocavənd və Laçın ərazilərinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır. Müdafiə Nazirliyindən verilən məlumata görə, əksinə, oktyabrın 27-si saat 16:00 radələrində Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə rayonu ərazisini “Smerç” yaylım atəşli reaktiv sistemləri ilə atəşə tutub. Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu müharibə cinayəti nəticəsində mülki şəxslər, o cümlədən azyaşlı uşaq həyatını itirib və aralarında uşaqlar və qadınlar olmaqla xeyli sayda mülki şəxs xəsarət alıb. Azərbaycan Ordusu bütün cəbhə boyu humanitar atəşkəs rejiminə əməl edir. Rubrika.Az Geri qayıt |