Əsas Səhifə > İdman > "Vilyarreal"ın futbolçusu: "Qarabağ"a qarşı matç asan olmadı"

"Vilyarreal"ın futbolçusu: "Qarabağ"a qarşı matç asan olmadı"


30-10-2020, 10:56
"Vilyarreal"ın futbolçusu: "Qarabağ"a qarşı matç asan olmadı"

İspaniyanın "Vilyarreal" klubunun futbolçusu Alfonso Pedraza UEFA Avropa Liqasının I qrupunun 2-ci turunda "Qarabağ"a qarşı keçirdikləri oyunla bağlı paylaşım edib.

Rubrika.Az-ın "Report"a istinadən məlumatına görə, 24 yaşlı cinah oyunçusu "Twitter"də matç barədə fikirlərini bölüşüb.

90 dəqiqə meydanda olan ispaniyalı oyunçu qələbə qazandıqları üçün sevindiyini bildirib: "İkiqat xoşbəxtəm. Qarşılaşma asan olmadı. Amma bu şəkildə qələbə qazananda daha çox zövq alırsınız".

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionundakı matç "Qarabağ"ın 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirir.

Rubrika.Az
Geri qayıt