Əsas Səhifə > Siyasət > Röyters Ermənistanda döyüşən Livan ermənilərindən yazdı - necə gəliblər?

Röyters Ermənistanda döyüşən Livan ermənilərindən yazdı - necə gəliblər?


1-11-2020, 23:21
Röyters Ermənistanda döyüşən Livan ermənilərindən yazdı - necə gəliblər?

Yerli təlimatçı "Röyters"ə deyib ki, Argentina və ABŞ kimi uzaq ölkələrdən yüzlərlə adam döyüş təlimi keçmək üçün Ermənistana gəlib!

"Livandakı maliyyə böhranı Vartkesi bu yay Ermənistana getməyə məcbur edəndə, o, heç Dağlıq Qarabağda döyüşmək üçün könüllü olacağını ağlına gətirmirdi. Livanlı erməni gəncin Qarabağa köçməsindən qısa müddət sonra Azərbaycan və etnik erməni qüvvələri arasında münaqişə başlayanda çox düşünməyib. Soyadı ilə tanınmamasını istəyən Vartkes telefonla "O gecə getmək istədim" deyib. Etnik ermənilər tərəfindən idarə olunmasına baxmayaraq, Azərbaycanın bir hissəsi kimi tanınan bölgədəki qoşunlara çağrılmayıb". Bunu "Röyters" (Reuters) agentliyi yazıb.

Agentliyə Ermənistan Müdafiə Nazirliyinin rəsmisi diaspordan bir çoxunun (dəqiq bir rəqəm verməyib) könüllü olmaq üçün müraciət etdiyini söyləyib. Yerli təlimatçı "Röyters"ə deyib ki, Argentina və ABŞ kimi uzaq ölkələrdən yüzlərlə adam döyüş təlimi keçmək üçün Ermənistana gəlib.

Agentlik yazır ki, dünyanın ən böyük erməni icmaslarından biri – təxminən 140.000 erməni mənşəli bir toplumun məskunlaşdığı Livanda - yerli valyutanın çökməsinə baxmayaraq, pul toplayaraq və Ermənistana yardım göndərib.

Yerevandakı döyüş təlimatçısı, yerli və xarici könüllüləri yetişdirən Karapet Agacanyan "Reuters" agentliyinə onun düşərgəsində təxminən 10 Livan ermənisinin təlim keçdiyini söyləyib.

Sentyabrın sonlarında döyüşlərin başlamasından sonra cəbhə bölgəsinə getmək üçün onların Beyrutdan gəldiklərini söyləyib.
Cəmiyyətin üzvləri deyirlər ki, çoxsaylı erməni əsilli Livanlılar döyüşlərdən hələ bir neçə ay əvvəl Beyrutdan İrəvana gedirdilər.

Erməni İnqilab Federasiyası partiyasının rəhbəri, Livanın millət vəkili Hagop Pakradounyan Livandan könüllüləri qeydiyyata alan və göndərən hər hansı bir təşkilatın olmadığını söyləyib.

Despite Lebanon's woes, Armenians spring to action for Nagorno-Karabakh

O deyib ki, öz xoşu ilə qeydiyyatdan keçmək üçün Beyrutdan təxminən 20 nəfər gəlib. Kiminsə döyüşdə iştirak etmək üçün çağırılıb-çağırılmadığı aydın deyildi.

“Nəticədə, onların qarşısını ala bilmərik. Onları bu fikirdən daşındırmağa çalışa bilərik, amma bu təşəbbüs onlara aiddir” – o deyib.

Livanın böyük ölçüdə erməni şəhəri olan Ancarın bələdiyyə başçısı Vartkes Xoşyan deyib ki, oradakı livanlı ermənlilər də yardıma qatılıblar.

O, bir faktı da etiraf edib və bununla da Ermənistada muzdluların döyüşdüyünü bir daha rəsmən təsdiqləmiş olub: "Bu ay Ancar döyüşdə şəhid olan Kevork Hacyan adlı vətəndaşnın xatirəsini yad edib. O, Livanda doğulmuşdu və opera müğənnisi idi!.

Müğənninin 74 yaşlı anası Sosse Hadcyan deyib ki, günlərlə televiziya izləyib və öldürülən döyüşçülərə ağlayıb. Ancaq qardaşı onun oğlunun ölüm xəbərini verənə qədər oğlunun cəbhədə olduğunu bilmirmiş.

“Axı mən oğlunu itirən bir anayam. Həqiqətən çətindi ” o dedi. "Ancaq mən oğlumla fəxr edirəm ki, o vətənini qorumaq üçün döyüşlərə qatılıb."

Rubrika.Az
Geri qayıt