Əsas Səhifə > Dünya > ABŞ-da 90 milyon insan səs verdi: Bayden Trampı üstələyir

ABŞ-da 90 milyon insan səs verdi: Bayden Trampı üstələyir


2-11-2020, 10:28
ABŞ-da 90 milyon insan səs verdi: Bayden Trampı üstələyir

ABŞ-da prezident seçkilərində 90 milyon insan erkən səsvermədə iştirak edib.

Bu barədə “Reuters” məlumat yayıb.

Sözügedən göstərici 2016-cı il prezident seçkilərinin ümumi seçici fəallığının təxminən 65 faizinə yaxın olub.

Keçirilən sorğular onu göstərir ki, Co Bayden hazırda D.Trampı üstələyir.

Xatırladaq ki, 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində 138 milyon insan iştirak edib.

Rubrika.Az
Geri qayıt