Əsas Səhifə > Siyasət > Binali Yıldırım Bakıya gəlib

Binali Yıldırım Bakıya gəlib


2-11-2020, 11:46
Binali Yıldırım Bakıya gəlib

Türkiyənin sabiq Baş naziri Binali Yıldırım Azərbaycana gəlib.

Bu barədə Rubrika.Az-a Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Türkiyə Cümhuriyyətinin sabiq Baş naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binali Yıldırımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, AK Parti ilə ittifaqda olan Milliyətçi Hərəkat Partiyasının TBMM-də fraksiyasının sədri Celal Adan, Binali Yıldırımın oğlu Erkam Yıldırım və Bozok Universitetinin rektoru, professor Kürşad Zorlu iştirak edirdilər.

Rubrika.Az
Geri qayıt