Əsas Səhifə > Dünya > İran ABŞ-ın yeni prezidenti ilə nüvə anlaşması çərçivəsində dialoqa hazırdır

İran ABŞ-ın yeni prezidenti ilə nüvə anlaşması çərçivəsində dialoqa hazırdır


2-11-2020, 14:28
İran ABŞ-ın yeni prezidenti ilə nüvə anlaşması çərçivəsində dialoqa hazırdır

İran nüvə razılaşması çərçivəsində ABŞ-ın növbəti prezidenti ilə dialoqa hazırdır.

Press TV xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.

“Yeni hökumətin hansı partiyaya mənsub olmasından asılı olmayaraq, ABŞ-da hansı siyasətin yürüdüləcəyinə əsaslanacağıq. Dialoq üçün çərçivə aydındır - Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA)”, - o qeyd edib.

Xətibzadə əlavə edib ki, hər iki ABŞ partiyası siyasətlərinin nə qədər uğursuz olduğunu anlayıblar və hədəflərinə çatmayıblar.

Rubrika.Az
Geri qayıt