Əsas Səhifə > Dünya > İzmirdə zəlzələdə ölənlərin sayı 85-ə çatdı (YENİLƏNİB)
İzmirdə zəlzələdə ölənlərin sayı 85-ə çatdı (YENİLƏNİB)2-11-2020, 15:40 |
|
İzmirdə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 85-ə çatıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 09:34 Türkiyənin İzmir şəhərindəki zəlzələ nəticəsində dağıntılar altından daha bir nəfər xilas edilib. Bu barədə məlumatı "Anadolu” yayıb. Məlumata görə, 3 yaşlı Elif Perinçek adlı qız zəlzələdən 65 saat sonra dağıntılar altından çıxarılıb. Xatırladaq ki, İzmir şəhərinin Seferhisar rayonunda baş vermiş 6,6 bal gücündə yeraltı təkan nəticəsində 76 nəfər həlak olub. 09:29 Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində ölənlərin sayı artıb. Zəlzələdə ölənlərin sayı 79 nəfərə çatıb. Yeraltı təkanlar nəticəsində xəsarət almış 962 nəfər xəstəxanalardan evə buraxılıb, 219 nəfərin müalicəsi davam etdirilir. Rubrika.Az Geri qayıt |