Əsas Səhifə > Cəmiyyət > İtkilər verən düşmən geri çəkilməyə məcbur edilib - RƏSMİ
İtkilər verən düşmən geri çəkilməyə məcbur edilib - RƏSMİ4-11-2020, 09:21 |
|
Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd D-30 haubitsa topu, 1 ədəd “Zastava M-55” zenit qurğusu, 1 ədəd taktiki PUA-sı, 3 ədəd hərbi yük maşını məhv edilib və sıradan çıxarılıb. Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir. Rubrika.az Geri qayıt |