Əsas Səhifə > Cəmiyyət > Azərbaycan ordusu düşmənin zenit qurğusunu dəqiq atəşlə məhv etdi
Azərbaycan ordusu düşmənin zenit qurğusunu dəqiq atəşlə məhv etdi4-11-2020, 12:54 |
|
Azərbaycan ordusunun bölmələri tərəfindən düşmənin hərbi texnikalarının sıradan çıxarılması üzrə fəaliyyətlər davam etdirilir. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, noyabrın 3-də günün ikinci yarısında cəbhənin Xocavənd istiqamətindəki yüksəkliklərdən birinə çıxarılmış Ermənistan silahlı qüvvələrinin bir ədəd “M-55” zenit qurğusu dəqiq atəşlə məhv edilib. Qeyd edək ki, 1955-ci ildə istehsal edilmiş, yüngül zirehli çoxməqsədli transportyor üzərində quraşdırılmış 20 mm-lik üç topdan ibarət zenit qurğusu aşağı hündürlükdə uçan hədəflərini və canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub. Rubrika.Az Geri qayıt |