Əsas Səhifə > Cəmiyyət > Saatlıda narkotiklərlə bağlı əməliyyat keçirildi

Saatlıda narkotiklərlə bağlı əməliyyat keçirildi


4-11-2020, 18:43
Saatlıda narkotiklərlə bağlı əməliyyat keçirildi

Saatlı rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Rubrika.az xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında Saatlı rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini M.Vəliyev saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə olan heroin, idarə etdiyi “VAZ-2101” markalı avtomobildən isə 470 qram marixuana aşkar edilib.

Rubrika.az
Geri qayıt