Əsas Səhifə > Siyasət > Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozdu - RƏSMİ

Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozdu - RƏSMİ


5-11-2020, 09:14
Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozdu - RƏSMİ

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Noyabrın 4-ü axşam saatlarından başlayaraq 5-i saat 04:50-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.

Rubrika.az
Geri qayıt