Əsas Səhifə > Dünya > ABŞ-da prezident seçkilərinin son nəticələri: Bayden qələbəyə yaxındır
ABŞ-da prezident seçkilərinin son nəticələri: Bayden qələbəyə yaxındır5-11-2020, 09:25 |
|
ABŞ-da prezident seçkilərinin nəticələri ilə bağlı son məlumatlar yayılıb. “USA Today” xəbər verir ki, son nəticəyə görə, Demokrat Partiyasının namizədi Co Bayden 72 055 975 seçici səsi (50,4 %), Respublikaçıların namizədi Donald Tramp isə 68 597 329 səs (48 %) qazanıb. Beləliklə, Bayden Seçkiçilər Kollegiyasında 264 səsə, Tramp isə 214 səsə malikdir. Seçkilərdə qələbə üçün hər hansı bir namizəd 270 səs toplamalıdır. ABŞ-da ümumi seçkilər çərçivəsində 35 senator, Nümayəndələr Palatasına 435 üzv, 13 ştat və bölgə qubernatorları, yerli hökumət nümayəndələri seçilib. Rubrika.az Geri qayıt |