Əsas Səhifə > Səhiyyə > Gürcüstanda son sutkada 2401 nəfər koronavirusa yoluxub
Gürcüstanda son sutkada 2401 nəfər koronavirusa yoluxub5-11-2020, 11:57 |
|
Gürcüstanda son sutka ərzində daha 2 401 nəfərə koronavirus diaqnozu qoyulub, 2 289 nəfər müalicə olunaraq sağalıb, 20 pasiyent isə vəfat edib. Rubrika.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 49 218-ə çatıb. Onların 33 459-u sağalıb, 401-i isə vəfat edib. Hazırda karantin rejimində 3 160, stasionar müalicədə isə 4 489 nəfər var. Xəstəliyi simptomsuz keçirən 2 446 nəfər isə xüsusi otellərdə həkim nəzarətində saxlanılır. Rubrika.az Geri qayıt |