Əsas Səhifə > Bölgə > Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub - RƏSMİ
Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub - RƏSMİ6-11-2020, 09:22 |
|
Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub. Rubrika.Az bildirir ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Noyabrın 5-dən 6-na keçən gecədən başlayaraq səhər saat 05:00-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub. Rubrika.Az Geri qayıt |