Əsas Səhifə > Cəmiyyət > Ermənilər Tərtərə 20-yə yaxın top mərmisi atıb
Ermənilər Tərtərə 20-yə yaxın top mərmisi atıb6-11-2020, 10:46 |
|
Cəbhədə gərgin döyüşlər davam edir. Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verib. Bildirilib ki, Noyabrın 6-sı saat 08:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini, rayonunun Qazyan və Hüsənli kəndlərini atəşə tutub. Qeyd olunub ki, düşmən rayon ərazisinə ümumilikdə 20-yə yaxın top mərmisi atıb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb. Azərbaycan ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülür. Rubrika.Az Geri qayıt |