Əsas Səhifə > Siyasət > Ölkəsini cəhənnəmə sürükləyən kəmağıl baş nazir - puç olmuş xəyallar

Ölkəsini cəhənnəmə sürükləyən kəmağıl baş nazir - puç olmuş xəyallar


6-11-2020, 12:19
Ölkəsini cəhənnəmə sürükləyən kəmağıl baş nazir - puç olmuş xəyallar

Tarixi araşdırsan, bəlkə də indiyədək bu, 45 yaşlı Karvansaray ermənisi qədər erməni xalqına zərbə vuran olmamışdı. Hətta Sultan bəyin qulağını kəsdiyi Andranik Ozanyan belə...Türk düşməni Andranik şərəfsizliklərinin nəticəsində Azərbaycan torpaqlarında dövlət qurmuşdu mənfur toplum, hamilərinin sayəsində. Təlxək Nikol isə sanki qarşısına məqsəd qoyub, bütün ermənilərin qətlinə nail olsun, Ermənistanı uçurumun dibinə yuvarlatsın...

Paşinyanın “Soros yetirmələri” olan komandası da tam “öz boyuna biçilib”. Fakt budur ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi hərbi məğlubiyyətlərlə şərtlənən acınacaqlı durumu məntiqəuyğun izah etmək, anlaşıla biləcək mövqe ortaya qoymaq bacarığında deyil. Azərbaycan ordusu Şuşanın alaqapısındadır, xarici işlər naziri Zoqrab Mnatsakanyan deyir, Qarabağın Azərbaycan tərkibində olması mümkün deyil. Əsgərimiz Laçın şəhərinin girişindədir, Ermənistan Müdafiə Nazirliyinin avantürist rəsmini Artsrun Ovannisyan bildirir ki, 15 gün əvvəlki ilə müqayisədə ciddi uğurlarımız var. Hələ David Tonoyanı, Şavarş Köçəryanı, daha hansı ...yanları demirik. Bunlar nə yeyir, nə içir, hallıdırlarmı, yuxuludurlarmı?

***

Bu komandanın başında dayanan Nikol Paşinyan bu günlər ərzində heç bir əsası olmadan, fakt göstərmədən, bəzən xarici mediaya, bəzən də guya əldə etdikləri faktlara istinadən ciddi cəhdlə Türkiyənin münaqişədə tərəf kimi iştirak etdiyi, onun vasitəsilə Yaxın Şərqdən yaraqlıların hərbi əməliyyatlara cəlb olunduğu iddiasını beynəlxlaq ictimai rəyə aşılamağa çalışır. Hələ özünü “ağıllı”, “konstruktiv” göstərməyə cəhd edən prezident Armen Sarkisyanı... “Türkiyə olmasaydı, Qarabağda müharibə çoxdan başa çatmışdı, -deyir Ermənistan prezidenti. Bunların dərdi, azarı həm də Türkiyə ilədir, özü də bu, indinin məsələsi deyil.

Türkiyəni 100 ildən çoxdur olmayan hadisəyə görə (!) ittiham edən, Ağrı dağına, Van, Qars, Iğdır, Trabzona iddia edən, hətta bu iddiasını konstirusiyasında, gerbində əks etdirən, ölkəyə qarşı saxta “soyqırım” davası açıb dünya boyunca zingildəyən bunlar, amma yenə də günahkar olan Türkiyə... Abırsızlığın son həddidir.

Türkiyə hətta bunlara on illərlə dedi ki, adam olun, ölkə olun, tarixdə olmayanları başınızdan atın, sərhədləri açaq, siz də normal həyata dönün. Amma dedilər, “yox, ağam mənə “kor” deyib, hər gələni “vur” deyib”. İndi kor atın nalbəndlərinin də əli çatmır bunları xilas etməyə, ona görə də dünyanı “haqsız”, “ədalətsiz” elan edirlər.

Həyasızlığın dərəcəsinə baxın: birinci Qarabağ savaşından bəri muzdlularla, terrorçularla əməkdaşlığı hər kəsə bəlli olan ölkənin mənsubları 10 milyonluq Azərbaycanı, 80 milyonluq Türkiyəni ittiham edirlər. Erməni mediası iddia edib ki, Suriyadan döyüşmək üçün gəlmiş muzdluların bir hissəsi artıq geri qayıdıb. İstisna deyil ki, söhbət Ermənistana, ordan da Qarabağa gətirilən muzlulardan, terrorçulardan gedir. Sadəcə, Azərbaycan və Türkiyənin adını əlavə ediblər xəbərə. Həmin terrorçulardan bir-ikisini qrimləyib efirə də çıxardılar, “əsir muzdlu” qiyafəsində. Tamaşa hazırladılar. Xəstə təfəkkürlü Nikol Paşinyan Türkiyə və yaraqlılarla bağlı yalanları yalvararaq minnətçi düşdüyü ayrı-ayrı ölkələrin rəhbərləri ilə təmaslarda, nüfuzlu media orqanlarına müsahibələrində, öz xalqına müraciətlərində təkrarlamaqdan yorulmur. Əslində təəccüblü deyil. Bunlar olmayan hadisəni “soyqırım” adlandırıb 105 ildir dünya ölkələrinin zəhləsini töküblər, Azərbaycan və Türkiyəni “muzdlularla əlaqədə” ittiham etmək əllərində nədir ki? Hələ yeni tamaşalar hazırlayırlar: “Ermənistan dron genosidinə məruz qalır”.

Paşinyanın iddialarını dinlədikcə, aydın görünür ki, bu şəxs özündə yalan, şantaj, populizm kimi mənfi xüsusiyyətləri birləşdirir. O, Türkiyənin münaqişədə iştirakı, bu prosesə Azərbaycan tərəfindən yaraqlıların cəlb edilməsini iddia etməklə ağ yalan danışır. İnsani, müasir hərbi texnka və silah-sürsat, maliyyə imkanları, ordunun hazırlığı və digər parametrlərə Ermənistandan bir neçə dəfə güclü olan Azərbaycanın digər ölkənin və ya yaraqlıların köməyinə niyə ehtiyacı olmalıdır? Ermənistanın baş naziri Türkiyəyə məxsus hərbi təyyarələrin guya hərbi əməliyyatlarda iştirak etdiyi, Azərbaycandan Ermənistanın ərazilərinin ballistik raketlər vasitəsilə vurulduğunu deyir, lakin başa düşmür ki, belə hallar istənilən ölkənin hərbi-texniki imkanları çərçivəsində də təsbit oluna bilər. Əslində bu yalançı iddiaların cavabı Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən verildi. Sitat: “Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmir...Bilirsiniz ki, bu gün müasir texnologiyaları nəzərə alsaq, nəyisə gizlətmək çox çətindir. Çünki obyektiv müşahidə formaları var, peyk müşahidələri var və ona görə də bunun növbəti təxribat olmasını yoxlamaq çox asandır”.
Bundan gözəl təklif? Elə isə Ermənistan niyə ortaya “fakt” qoymağa maraq göstərmir? Özünün imkanları xaricindədirsə, onu himayə edənlərdən istəsin peyk görüntülərini. İstəmir, çünki ortada fakt yoxdur, rəzil olacağını anlayıy. Necə ki qardaş Türkiyə on illərdir təklif edir, “Osmanlı dövrünün arxivləri açıqdır, gəlin, ortaq komissiya yaradaq, araşdıraq, nə baş verdiyini bütün dünya bilsin” deyir. Amma Ermənistan yenə də araşdırmalarda maraqlı deyil. Olmayanı niyə axtarsınlar ki? Ancaq ən qəribəsi Azərbaycan Prezidentinə “müstəntiq sayağı” suallar verən bir əcnəbi jurnalist eyni sualları Paşinyana ünvanlamır, çünki ölkələrindən sifariş gəlmir, onlar da həqiqətin üzə çıxarılmasında maraqlı deyil.

Amma “haqq nazilər, üzülməz” deyirlər. Əgər Türkiyənin hərbi qüvvələrinin Qarabağ müharibəsində iştirakı məsələsi ilə bağlı ciddi rəy bildirilməyibsə, deməli, bütün bunlar Ermənistan rəhbərliyinin fantaziyasının məhsuludur. Güclü fantaziyaları var, hətta Azərbaycan ordusu 132 km-lik İranla sərhədi düşməndən təmizləyəndən, sərhəd zastavalarını bərpa edəndən sonra da Ermənistan rəhbərliyi “taktiki gediş”lərdən danışır.

Nikol Paşinyan Azərbaycan tərəfindən minlərlə yaraqlının vuruşduğunu bildirir, “faktlar”ın olduğunu deyir, lakin onların heç birini təqdim edə bilmir. Baş nazir dünyanın hər hansı ölkəsində baş verən terror aktını dərhal şans kimi qiymətləndirir və bunu Azərbaycana qarşı istifadə etməyə çalışır. Məsələn, “Rossiya-1” kanalına müsahibəsində, o, Dağıstanda baş vermis hansısa hadisənin terror olduğunu deyir, Azərbaycanda guya yaraqlıların olduğunu iddia edir və bu iki məsələni çox primitiv, hətta orta statistik jurnalistdən də aşağı səviyyədə sübut etməyə çalışır. O, İrana terror təhlükəsi haqqında mesajlar ötürür, İsraili şeytanla əməkdaşlıqda ittiham edir. “The Jerusalim Post” nəşrinə müsahibəsində Paşinyan İsraili terrora dəstək verməkdə ittiham etməklə yanaşı, həm də guya Azərbaycanın və Türkiyənin simasında yəhudi dövlətinə qarşı təhlükə alyansının yarandığını bildirir. Nə qədər gülünc iddia... İsrail kəşfiyyatı Ermənistanı “cibində gəzdirər”, indi Paşinyan belə ciddi bir ölkəyə “təhlükə anonsu” verir.

***



Ermənistan bir şantaj dövlətidir. Xatırlayırsınız, Paşinyan hakimiyyətə yeni gələndə ABŞ-a xoş gəlmək üçün sanksiyalara məruz qalmış İranla sərhədin qapadılacağı ilə hədələdi. Təbii ki, “Soros uşağı” funksiyasını icra edən bu, səriştəsiz baş nazir Mehri dəhlizinin İrana yox, Ermənsitana lazım olduğunu, bu qapının ermənilər üçün “nəfəslik” olduğunu qavramaq iqtidarında deyildi. Elə bu günlərdə də Rusiyaya hədə-qorxu gəlirlər, “102-ci bazanı bağlayarıq”, deyə. 2016-cı ilin aprel döyüşlərində İsrailin Azərbaycana dəstəyini gördükləri üçün uzun götür-qoydan sonra Təl-Əvivdə səfirlik açmışdılar. İkinci Qarabağ döyüşləri başlayanda isə (1 oktyabrda) səfiri geri çağırdılar, “Azərbaycanın düşmənlərinə silah verməyən” ölkəni şantaj məqsədilə. Təsəvvür edirsinizmi, səfirliyin açılmasından cəmi 11 gün sonra...Təbiidir bəlkə də. Qeyr-ciddi dövlətin ciddi diplomatiyası olası deyildi ki...

Paşinyan dünyanın böyük dövlətlərini Azərbaycan-Türkiyə birliyinin “terroru” və “uzaqgedən planları” ilə şantaj edir. Hakimiyyətə gələndə Köçəryan-Sərkisyan cütlüyünün cinayətlərindən bezmiş erməni xalqını populist vədlərlə aldadan baş nazir elə başa düşür ki, eyni yolla dünya ictimaiyyətini, dünya liderlərini də aldada bilər. Bütün bunlar onun haqqında olduqca mənfi rəy yaradır və təsadüfi deyil ki, artıq beynəlxalq ictimaiyyətdə Ermənistan lideri haqqında siyasi təlxək təəssüratı formalaşıb.

***

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi zamanı jurnalistin “Siz hazırda cənab Paşinyanla bir masa arxasında oturmağa hazırsınız, yoxsa bunun bir mənası yoxdur?” sualına cavabında deyib: “Xeyr, bunun qətiyyən heç bir mənası yoxdur. O, mənə söz vermişdi ki, əgər Azərbaycan dırnaqarası “inqilab”dan sonra ona vaxt versə, o, yaxşı hazırlaşacaq, Ermənistanda siyasi cəhətdən öz mövqeyini gücləndirəcək və sonra əsas prinsipləri yerinə yetirmək üçün konstruktiv şəkildə işləməyə hazır olacaq. Lakin bir ildən sonra o, tamamilə fərqli sözlər dedi. O dedi ki, Azərbaycana qaytarılası bir santimetr belə torpaq yoxdur. Dedi ki, “Qarabağ Ermənistandır””.
Diqqət edin, ciddi dövlət adamı hətta düşmən olsa belə, qarşısındakına şans verir, konfliktin sülh yolu ilə həll edilməsi naminə hətta uzun müddət səbr edir, dözür. Amma o, mərdanə münasibətin qarşılığında namərdlik, nanəciblik edir, minlərlə insanın qanının tökülməsinə bais olur. Prezident haqlıdır, beləsi ilə görüşməyin nə mənası?!

Paşinyana Moskvadakı Müqəddəs Pyotr monastrının keşişi Ruben Mkrtçyan yaxşı diasnoz qoyub: “Nikol Paşinyan ruhi xəstədi, müalicəyə ehtiyacı var. O, Ermənistanı fəlakətə sürükləyir...Nikol getməlidir!”

Belə... Öz işləridir, Nikollu, ya Nikolsuz. Bizə Qarabağ gərəkdir! Qarabağ Azərbaycandır və NİDA! Ermənistanda bunu nə qədər tez anlasalar, özlərinə xeyirdir... Xülasə, Paşinyan tarixdə ölkəsini cəhənnəmə sürükləyən kəmağıl baş nazir kimi qalacaq...

***

Və sonda...

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi. Yay aylarında bu təşəbbüsü 130-dan çox ölkə dəstəkləsə də, yalnız Ermənistan buna qarşı çıxmışdı. İndi hər gün azı 2300 nəfərin COVİD-19-a yoluxduğu ölkənin rəhbərliyi!

Budur, BMT Baş Assambleyası 3-4 dekabr tarixlərində COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunmuş 31-ci Xüsusi sessiyasının keçirilməsi ilə bağlı qərarı yekdilliklə qəbul edib. BMT Baş Assambleyasının 75-ci Sessiyasının sədri Volkan Bozkır Azərbaycan liderinin təşəbbüsünü alqışlayıb.

Paşinyan kimi qeyri-ciddi adamlar anlamaz...İlham Əliyev dünyada səsi eşidilən, sözünə dəyər verilən ciddi siyasət adamıdır. BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı qətnamələrini təkbaşına (!) yerinə yetirən ordunun Ali Baş Komandanına dünya etimad etdi, növbəti dəfə!(musavat.com)

Rubrika.Az
Geri qayıt