Əsas Səhifə > İdman > Araz Abdullayevin çıxış etdiyi komandada 3 futbolçu koronavirusa yoluxdu
Araz Abdullayevin çıxış etdiyi komandada 3 futbolçu koronavirusa yoluxdu6-11-2020, 12:35 |
|
Azərbaycan millisinin futbolçusu Araz Abdullayevin çıxış etdiyi Türkiyənin "Boluspor" klubunda koronavirusa 6 yoluxma halı aşkarlanıb. Rubrika.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, yoluxanlardan 3-nün futbolçu olduğu açıqlanıb. Digərləri isə Bolu təmsilçisinin işçiləridir. Klub həmin şəxslərin müalicəsinə başlanıldığını bildiriib. Qeyd edək ki, Azərbaycan yığması noyabrın 11-də Sloveniya ilə yoldaşlıq, noyabrın 14-də və 17-də müvafiq olaraq Monteneqro ilə Lüksemburq yığmalarına qarşı UEFA Millətlər Liqasının oyunları keçirəcək. Hələlik millinin heyəti açıqlanmadığından, Araz Abdullayevin qarşıdakı görüşlərə çağırılıb-çağırılmayacağı bilinmir. Rubrika.Az Geri qayıt |