Əsas Səhifə > Dünya > Erməni təcavüzü nəticəsində yaralananların sayı 407-yə çatdı

Erməni təcavüzü nəticəsində yaralananların sayı 407-yə çatdı


9-11-2020, 11:20
Erməni təcavüzü nəticəsində yaralananların sayı 407-yə çatdı

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən Rubrika.Az verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 93 mülki şəxs qətlə yetirilib, 407 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 504, çoxmənzilli yaşayış binalarının sayı 120, yaşayış evlərinin sayı isə 3 3326-dır.

Rubrika.Az
Geri qayıt