Əsas Səhifə > Qanun > DİN yenidən vətəndaşlara müraciət etdi
DİN yenidən vətəndaşlara müraciət etdi11-11-2020, 18:41 |
|
Daxili İşlər Nazirliyi komendant saatı ilə əlaqədar vətəndaşlara müraciət edib. Nazirlikdən Rubrika.Az-a daxil olan müraciətdə deyilir: "Vətəndaşlardan xahiş edirik ki, gedəcəyiniz ünvanadək olan məsafəni nəzərə alaraq komendant saatının başlanmasınadək, yəni saat 21:00-dək küçədəki hərəkətlərinizi başa çatdıraraq yaşadığınız ünvanlara qayıdasınız. Eləcə də, komendant saatı dövründə xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənəd olmadan küçələrə və digər ictimai yerlərə çıxmayasınız”. Rubrika.Az Geri qayıt |