Əsas Səhifə > Səhiyyə > Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 3 mini ötdü
Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 3 mini ötdü12-11-2020, 11:20 |
|
Gürcüstanda son sutka ərzində koronavirusa 3 120 yeni yoluxma faktı müəyyən edilib, 2 358 nəfər sağalaraq evə buraxılıb, 33 pasiyent isə vəfat edib. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Beləliklə, qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 69 681 nəfərə çatıb. Onların 52 169-u sağalıb, 599-u isə ölüb. Hazırda karantində 2 506, stasionar nəzarətdə 4 918 nəfər var. 3 311 asimptomatik xəstə isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır. Rubrika.Az Geri qayıt |