Əsas Səhifə > Cəmiyyət > Azərbaycan yığması seçmə mərhələdə son oyununa çıxacaq
Azərbaycan yığması seçmə mərhələdə son oyununa çıxacaq12-11-2020, 12:16 |
|
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu matçını keçirəcək. "Report"un məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda səfərdə İsveçrə ilə üz-üzə gələcək. İsveçli Kasper Syiberqin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Azərbaycan yığması 9 oyuna 6 xal toplaya bilib və hazırda 5-ci pillədə qərarlaşıb. Meydan sahibləri isə 8 oyuna maksimum nəticə ilə liderdir. 2-ci qrupun digər matçında Gürcüstan Slovakiya ilə, Lixtenşteyn isə Fransa ilə qarşılaşacaq. AVRO-2021-in seçmə mərhələsi 2-ci qrup 22:00. İsveçrə - Azərbaycan Baş hakim: Kaspar Syiberq (İsveç) Tyun. “Tyun Arena” Rubrika.az Geri qayıt |