Əsas Səhifə > İdman > İsveçrəli futbolçu: "Azərbaycandan daha yaxşı olduğumuzu göstərdik"
İsveçrəli futbolçu: "Azərbaycandan daha yaxşı olduğumuzu göstərdik"13-11-2020, 10:33 |
|
"Qəbələ qazanmaq çox əyləncəlidir". "Report"un məlumatına görə, bunu İsveçrənin 21 yaşadək futbolçulardan ibarət yığmasının futbolçusu Sedrik Tseziger Avropa çempionatının seçmə mərhələsində Azərbaycana 2:1 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib. Ölkəsinin "Yanq Boyz" klubunda çıxış edən müdafiəçi matçı qarşılıqlı hücumlar şəraitində keçən döyüş adlandırıb: "İlk hissədə istədiyimiz qol epizodları yarada bilmədik. İkinci yarıda isə keyfiyyətimizi və rəqibdən daha yaxşı olduğumuzu göstərdik". Qeyd edək ki, 9 oyundan 24 xal toplayan İsveçrə II qrupun lideridir. Azərbaycan millisi isə seçmə mərhələni 6 xalla 6 komanda arasında 5-ci yerdə başa vurub. Rubrika.az Geri qayıt |