Əsas Səhifə > Cəmiyyət > Bakıda növbəti dezinfeksiya işləri aparılacaq

Bakıda növbəti dezinfeksiya işləri aparılacaq


13-11-2020, 11:26
Bakıda növbəti dezinfeksiya işləri aparılacaq

Son günlərdə koronavirusa yoluxanların sayında artımin olması nəzərə alınaraq noyabr ayının 14 və 15-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

"Report" bununla bağlı p​​​aytaxtın kommunal strukturlarından məlumat əldə edib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.

Rubrika.Az
Geri qayıt