Əsas Səhifə > Səhiyyə > Rusiyada daha 303 nəfər COVID-19-dan ölüb

Rusiyada daha 303 nəfər COVID-19-dan ölüb


16-11-2020, 11:52
Rusiyada daha 303 nəfər COVID-19-dan ölüb

Rusiyada son bir gündə daha 22 778 nəfərə COVID-19 diaqnozu qoyulub.


Rubrika.Az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 948 603 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 303 nəfər artaraq 33 489-a yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 453 849 nəfər sağalıb.

Rubrika.Az
Geri qayıt