Əsas Səhifə > Dünya > Gürcüstanda koronavirusa 3 443 yeni yoluxma təsdiqlənib

Gürcüstanda koronavirusa 3 443 yeni yoluxma təsdiqlənib


18-11-2020, 14:52
Gürcüstanda koronavirusa 3 443 yeni yoluxma təsdiqlənib

Gürcüstanda son sutkada koronavirusa 3 443 yeni yoluxma halı qeydə alınıb, 2 539 nəfər sağalıb, 37 pasiyent isə vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Beləliklə, qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 89 395-ə çatıb. Yoluxanların 71 468-i sağalıb, 815-i isə ölüb.

Hazırda karantin zonalarında 2 370, stasionar nəzarətdə 5 763 nəfər var. Xəstəliyi yüngül formada keçirən 3 435 nəfər isə xüsusi otellərdə müalicə alır.

Rubrika.az
Geri qayıt