Əsas Səhifə > Səhiyyə > Dünyada koronavirusa yoluxanların sayı 56 milyonu ötdü
Dünyada koronavirusa yoluxanların sayı 56 milyonu ötdü19-11-2020, 10:19 |
|
Dünyada yeni COVID-19 infeksiyasına yoluxma ilə bağlı təsdiq edilmiş halların 56 milyonu keçib. Rubrika.Az xəbər verir ki, bunu Cons Hopkins Universitetinin məlumatları göstərir. Qeyd edilir ki, pandemiya ərzində dünyada COVID-19 56 051 621 insanda aşkar edilib. Müalicə alan 1 345 639 insan ölüb. Bununla yanaşı, təhlükəli infeksiyaya qalib gələnlərin sayı 39,5 milyonu ötüb. Dünyada COVID-19-a ən çox yoluxma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 11 835 549 insanda təhlükəli infeksiya aşkarlanıb. ABŞ-da koronavirus infeksiyasından 255 810 insan ölüb.(report.az) Rubrika.Az Geri qayıt |