Əsas Səhifə > Din > Ağdam Cümə məscidində 27 ildən sonra ilk dəfə azan səsləndirilib -Video
Ağdam Cümə məscidində 27 ildən sonra ilk dəfə azan səsləndirilib -Video20-11-2020, 14:25 |
|
Ermənistanın işğalından azad edilən Ağdamda 27 ildən sonra ilk dəfə azan səsləndirilib. Rubrika.Az “Report”a istinadla xəbər verir ki, Azərbaycanın bir qrup din xadimi noyabrın 20-də Ağdamın mərkəzində yerləşən Cümə məscidinə gediblər. Dindarlar məsciddə azan verib, namaz qılıblar. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub. Rubrika.az Geri qayıt |