Əsas Səhifə > Səhiyyə > Gürcüstanda daha 3 958 nəfər koronavirusa yoluxub, 36 pasiyent ölüb

Gürcüstanda daha 3 958 nəfər koronavirusa yoluxub, 36 pasiyent ölüb


23-11-2020, 12:29
Gürcüstanda daha 3 958 nəfər koronavirusa yoluxub, 36 pasiyent ölüb

Gürcüstanda ötən sutkada koronavirusa 3 958 yeni yoluxma faktı qeydə alınıb, 3 531 nəfər sağalaraq evə buraxılıb, 36 pasiyent isə vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

İndiyədək qonşu ölkədə COVID-19-a 108 690 nəfər yoluxub. Onların 89 170-i sağalıb, 1 012-sı isə dünyasını dəyişib.

Hazırda karantin rejimində 2 137, stasionar nəzarətdə 6 221 nəfər saxlanılır. Yüngül simptomları olan 3 736 nəfər isə xüsusi otellərdə müalicə ilə təmin olunur.

Rubrika.Az
Geri qayıt