Əsas Səhifə > Cəmiyyət > Azərbaycanda koronavirusa yoluxan deputatların sayı artdı
Azərbaycanda koronavirusa yoluxan deputatların sayı artdı24-11-2020, 11:54 |
|
Milli Məclisin (MM) 15-dək deputatı koronavirusa (COVID-19) yoluxub. Rubrika.Az APA-ya istinadən xəbər verir ki, onların əksəriyyəti müalicəsini ev şəraitində davam etdirir. MM Aparatının işçiləri arasında da COVID-19-a yoluxanların olduğu bildirilir. Qeyd edək ki, bundan əvvəl koronavirusa yoluxan 9 deputatın adı açıqlanmışdı: Vüqar Bayramov, Soltan Məmmədov, Tahir Kərimli, Azər Badamov, Məşhur Məmmədov, Məzahir Əfəndiyev, Nizami Səfərov, Rəşad Mahmudov, Qənirə Paşayeva. Rubrika.Az Geri qayıt |