Əsas Səhifə > Dünya > ABŞ İrana dəstəyə görə Rusiya və Çinə sanksiya tətbiq edəcək
ABŞ İrana dəstəyə görə Rusiya və Çinə sanksiya tətbiq edəcək25-11-2020, 23:27 |
|
ABŞ Rusiya və Çinin dörd təşkilatına qarşı İranın nüvə proqramına yardımı ittihamı ilə sanksiya tətbiq edəcək. Bu barədə “Reuters” məlumat yayıb. ABŞ-ın İran və Venesuela üzrə xüsusi nümayəndəsi Eliot Abramsın sözlərinə görə, sanksiyalarla bağlı müvafiq qərar noyabrın 25-də qəbul ediləcək. E.Abrams qeyd edib ki, Vaşinqton İrana təzyiq göstərməyə davam edəcək. E.Abrams həmçinin dekabr və yanvar aylarında Tehrana qarşı sanksiyaların genişləndiriləcəyini bildirib. Rubrika.az Geri qayıt |