Əsas Səhifə > Səhiyyə > Gürcüstanda daha 3 801 nəfər koronavirusa yoluxub, 39 pasiyent ölüb
Gürcüstanda daha 3 801 nəfər koronavirusa yoluxub, 39 pasiyent ölüb26-11-2020, 10:38 |
|
Gürcüstanda son sutkada daha 3 801 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 3 200 nəfər sağalıb, 39 pasiyent isə vəfat edib. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib. Hazırkı dövədək qonşu ölkədə COVID-19-a 118 690 yoluxma faktı təsdiqlənib. Yoluxan şəxslərin 98 781-i sağalıb, 1 124-ü isə ölüb. Karantin zonalarında 2 071, stasionar nəzarətdə 6 145 nəfər var. Xəstəliyi yüngül formada keçirən 3 723 nəfər isə xüsusi otellərdə müalicə ilə təmin olunur. Rubrika.Az Geri qayıt |