Əsas Səhifə > Dünya > Yaponiyada ağır vəziyyətdə olan COVID-19 xəstələrinin sayında rekord qeydə alındı
Yaponiyada ağır vəziyyətdə olan COVID-19 xəstələrinin sayında rekord qeydə alındı30-11-2020, 09:11 |
|
Yaponiyada koronavirus xəstələri arasında vəziyyəti ağır və kritik olan xəstələrin sayı pandemiyanın əvvəlindən bu yana ən yüksək həddə - 462 nəfərə çatıb. Bu barədə NHK telekanalı məlumat yayıb. Sutka ərzində ölkədə 2058 yeni yoluxma halı qeydə alınıb, 10 nəfər ölüb. Ümumi yoluxma sayı isə 148272-ə çatıb. Ən çox yoluxma Tokio ərazisində qeydə alınıb. Bundan əlavə, Osaka, Hokkaydo, Kanaqava, Aiti, Hyoqo və Saitama prefekturalarında yoluxma sayında ciddi artım olub. Rubrika.az Geri qayıt |