Əsas Səhifə > Aktual > Şuşaya yolun, elektrik xətlərinin və su kəmərinin çəkiləcəyi ərazilərdə partlayıcı maddələr, əsasən, əllə təmizlənir

Şuşaya yolun, elektrik xətlərinin və su kəmərinin çəkiləcəyi ərazilərdə partlayıcı maddələr, əsasən, əllə təmizlənir


30-11-2020, 15:08
Şuşaya yolun, elektrik xətlərinin və su kəmərinin çəkiləcəyi ərazilərdə partlayıcı maddələr, əsasən, əllə təmizlənir

“Şuşaya yolun, elektrik xətlərinin və su kəmərinin çəkiləcəyi ərazilərin minalardan təmizlənməsinə başlanıb”.

Rubrika.Az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov bildirib.

İ. İsmayılov deyib ki, bu istiqamətdə işlər artıq bir neçə gündür ki, davam edir: “Ancaq bu işlərin hansı müddətdə yekunlaşacağını söyləmək çətindir. Çünki ərazi mürəkkəb relyefə malikdir, partlayıcı maddələr, əsasən, əllə təmizlənir”.

Rubrika.Az
Geri qayıt