Əsas Səhifə > Dünya > İranda daha bir SEPAH komandiri öldürüldü
İranda daha bir SEPAH komandiri öldürüldü2-12-2020, 17:27 |
|
İran İnqilab Keşikçiləri Qüvvələrinin komandirlərindən Müslüm Şahdan qətlə yetirilib. Rubrika.Az xarici KİV-ə istinadla xəbər verir ki, Müslüm Şahdan pilotsuz təyyarə vasitəsilə vurularaq qətlə yetirilib. Verilən məlumatlara görə, onunla birgə daha 3 nəfər öldürülüb. “Əl Arabiya” televiziyasının İraqın kəşfiyyat mənbələrinə istinadən verdiyi məlumata görə, Şahdan Suriyanın Əl-Qaim sərhəd qapısından keçdikdən sonra avtomobilində hərəkət edərkən vurulub. Qeyd edək ki, yanvar ayında SEPAH-ın generallarından biri Qasım Süleymani və onunla birlikdə bir neçə komandir dronla qətlə yetirilmişdi. Rubrika.Az Geri qayıt |