Əsas Səhifə > Mədəniyyət > Məhəbbət Kazımovun oğlu: “Kəndimizdən topaq gətirəcəyəm...”

Məhəbbət Kazımovun oğlu: “Kəndimizdən topaq gətirəcəyəm...”


1-12-2020, 16:29
Məhəbbət Kazımovun oğlu: “Kəndimizdən topaq gətirəcəyəm...”

"Kəndimizdən topaq gətirib atamın qəbrinin üstünə qoyacam”.

Rubrika.Az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında mərhum müğənni Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib. O, ata yurdunda yaşamaq istədiyini bildirib:

"Qarabağlı olaraq çox sevincliyik. Ata yurdumuza qayıdacağıq. Sevincimizin bir çox səbəbləri var. Əsas odur ki, torpaqlarımız işğaldan azad olunub. Hamı öz dədə-baba yurduna qayıdacaq. Fikirimiz orada yaşamaqdır. Atam da Laçın deyə-deyə getdi. İndi onun ruhu şaddır. Atamın ən böyük arzusu Laçına qayıtmaq, oraları yenidən görmək idi. Heyif ki, nəsib olmadı”.

Xatırladaq ki, Azərbaycanın əməkdar artisti Məhəbbət Kazımov 27 yanvar 2014-cü ildə 60 yaşında vəfat edib.

Rubrika.Az
Geri qayıt