Əsas Səhifə > Təhsil > Bu şəxslərin doktorantura təhsili ilə bağlı güzəşt ediləcək
Bu şəxslərin doktorantura təhsili ilə bağlı güzəşt ediləcək1-12-2020, 18:14 |
|
MBA proqramı üzrə magistr təhsili almış şəxslərin doktorantura təhsili ilə bağlı qərar qəbul edilib. Rubrika.Az-ın məlumatına görə, MBA proqramını bitirən məzunların çoxsaylı müraciətlərini və onların təhsillərinin davam etdirmək istəyini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII bəndini nəzərə alaraq Təhsil Nazirliyi bildirir ki, qanunvericilikdə edilən sözügedən dəyişikliyə qədər (2019-cu ilin 13 noyabr tarixi) MBA proqramına qəbul olunmuş və məzun olarkən magistr dissertasiyası müdafiə etməmiş şəxslərin iqtisad elmləri üzrə doktorantura ixtisaslarına qəbul imtahanlarda iştirak etmələrinə imkan yaradılacaq. Rubrika.Az Geri qayıt |