Əsas Səhifə > Cəmiyyət > Bakıda gənc oğlanı maşın vurdu

Bakıda gənc oğlanı maşın vurdu


2-12-2020, 09:28
Bakıda gənc oğlanı maşın vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Nəsimi rayonunda qeydə alınıb.

Rayonun Dilarə Əliyeva küçəsində yolu keçən 1999-ci il təvəllüdlü Əliyev Cavid Vəlixan oğlunu avtomobil vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ qamış sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.(report)

Rubrika.Az
Geri qayıt